Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib
 
					  				Günün ilk görüşündə “Lokomotiv” “Azəryol”u sınağa çəkib. Qarşılaşmada “Azəryol” rəqibini 3 setdə də üstələyərək qalib gəlib və 3-cü pillədəki yerini möhkəmləndirib.
Günün maraqla gözlənilən oyununda isə “Azərreyl”lə “Telekom” qarşı-qarşıya gəlib. Revanş arzusunda olan “dəmiryolçular” bunu bacarmayıblar. Tay-brekə qədər uzanan görüşdə “rabitəçilər” qələbəni bayram edib. Bu turdan sonra “Telekom” turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” isə ikinci pillədə qərarlaşıb.
Azərbaycan Superliqası
3 fevral
“Azərreyl” – “Telekom” - 2:3 (20:25, 25:22, 25:22, 12:25, 9:15)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (26:24, 26:24, 20:25, 14:25, 13:15)
II dövrə: “Telekom” - “Azərreyl” - 3:2 (25:19, 15:25, 23:25, 25:23, 16:14)
“Lokomotiv” – “Azəryol” - 0:3 (19:25; 16:25; 16:25)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (16:25, 11:25, 15:25)
II dövrə: “Azəryol” - “Lokomotiv” - 3:0 (25:8; 25:9, 25:11)
| Telekom | 10 | 10 | 0 | 30-11 | 955-757 | 26 | 
| Azərreyl | 9 | 6 | 3 | 24-11 | 788-639 | 20 | 
| Azəryol | 10 | 5 | 5 | 21-15 | 777-697 | 16 | 
| Lokomotiv | 9 | 2 | 7 | 7-22 | 492-678 | 6 | 
| Gürcüstan | 8 | 0 | 8 | 1-24 | 357-620 | 0 | 
Orxan Cəfərzadə
- Baxış: 425

