• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 22.01.2016 18:12

Kürdə batan Laçın sakininin axtarışları davam edir

Ağcabədidə Kür çayında batan şəxs hələ də tapılmayıb. Onun tapılması istiqamətində axtarış işləri aparılır.

Kürün Ağcabədi rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində suda batan Laçın rayonunun Fingə kənd sakini 42 yaşlı Qiyas Kərimovun axtarışları davam edir. Onun qardaşı İlyas Kərimov bildirir ki, hadisə İdris Kərimov çörək almaq məqsədi ilə qayıqla Zərdab ərazisinə keçərək geri dönərkən qayığın çevrilməsi nəticəsində baş verib.

Qiyas Kərimovdan xəbər çıxmadığından narahat olan ailə üzvləri onun mobil telefonuna zəng ediblər. Telefona zəng çatmayanda isə ailə üzvləri təşvişə düşməyə başlayıblar.

Hazırda Qiyas Kərimovun axtarışı Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Briqadası tərəfindən aparılır.

 

Daşqın Abdullayev