• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 20.01.2016 01:57

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub

Hadisə yanvarın 20-i gecə saat 2 radələrində şəhərin Əkbər Babayev  küçəsi ilə İsmət Qayıbov küçəsinin kəsişməsində baş verib. Yolu keçmək istəyən 62 Gəncə şəhər sakini Akif Cəfərovu avtomobil vurub. Yaralı dərhal Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə çatdırılıb. Bədənin çoxsaylı travması diaqnozu ilə qəbul edilən yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

İlham Məmmədzadə