• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2035
— 15.01.2016 23:45

Şəmkirdə və Samuxda yanğın hadisələri baş verib

Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan talvarın yanar konstruksiyaları 48 kv.m sahədə və içərisinə yığılan 800 kq ot bağlamasının 400 kq-ı yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də  yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsəsi isə Samux rayonu, Çobanabdallı kəndində qeydə alınıb. Vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın axşam saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hər iki yanğının səbələri araşdırlır. 

Natiq Hüseyn