• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 14.01.2016 18:10

Masallıda və Bakıda ağır yol qəzaları baş verib

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakıda isə yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Masallı rayon sakini Zaur Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Avtomobil yolu keçən 30 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Fakt araşdırılır.

Paytaxtın Nərimanov rayonunda isə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ziya Bünyadov prospektində 21 yaşlı Niyaz Bədiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən maşını yol kənarında dayanan, Əsgər Əsgərova məxsus “Mercedes” markalı avtomobilə çırpıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. “VAZ 2107”-də olan sərnişinlər - 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb.

Faktla əlaqədar araşdırma aparılır.

Vəfa Şairova