• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 14.01.2016 16:33

Sumqayıtda çoxmərtəbəli yaşayış binası, Bakıda isə ev yanıb

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binası yandı 16 nəfər təxliyə edilib. Bakıda da ev yanıb.

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış evində yanğın baş verib 16 nəfər təxliyyə edilib. Yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb.  Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

Bakıda da ev yanıb. Hadisə, Binə qəsəbəsi, “Südçülük sovxozu” adlanan ərazidə qeydə alınıb. 25 yaşlı Fariz Eyyubova məxsus ev yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın tez bir zamanda söndürülüb. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Faktlarla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə