• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 09.01.2016 12:34

Gəncədə qarajdan mağaza kimi istifadə edən sahibkarın pulu oğurlanıb

Gəncədə mağaza qarət olunub. Çağırılmamış qonaqlar alış-veriş məkanında bir qədər axtarış apardıqdan sonra yalnız 40 manat nağd pul oğurlaya biliblər.  

Ötən gecə Gəncə şəhəri 3-cü mikrorayon ərazisində Sahib Şahbazova məxsus mağazadan oğurluq hadisəsi baş verib. Naməlum şəxs və ya şəxslər qanunsuz olaraq nəfəslikdən içəri daxil olaraq oradan nağd pul oğurlayıblar. Zərərçəkənin sözlərinə görə, çağırılmamış qonağın niyyəti yalnız pul götürmək olub. Çünki  içəridə bir qədər axtarış aparılsa da qida, tütün, alkoqol və sənaye məhsulu aparılmayıb.

Sahib Şahbazov - zərərçəkən: "Məqsədləri o olub ki, buradan pul və kontur kimi yüngül şeylər götürüblər ki, pula gedəsi olsun. Birinci dəfədir ki, mağazadan oğurluq edilir. Ordan da normal insan keçə bilməz, nəfəslik balaca bir yerdir. Hər halda kənardan böyük göstəriş verib, uşaq da daxil olub".

Qeyd edək ki, Sahib Şahbazov uzun müddətdir özünə məxsus avtomobil qarajından mağaza kimi istifadə edir. Zərərçəkən hadisə ilə bağlı polisə məlumat verib. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat- axtarış tədbirləri aparılır.

Xaliq Qurbanlı