• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 09.01.2016 11:26

Bağban - 09.01.16

“Bağban” 2016-cı ilin ilk buraxılışında Gəncə şəhərində yerləşən və Məhəmməd Füzulinin adını daşıyan parka qonaq oldu. Bu parkdakı ağaclar, onlara qulluq qaydaları, həyat şərtləri və insan həyatında əhəmiyyəti haqda söhbət edən “Bağban”, həmçinin şam ağaclarının müxtəlif növlərini bir- birindən ayıran xüsusiyyətlərini də əyani olaraq göstərdi. Fitonsit adlı maddənin qripə qarşı təbii dərman olduğunu qeyd edən “Bağban”ın budəfəki qonağı aqronom Eldar Ələsgərov şam ağaclarının insan həyatında əvəzsiz rol oynadığını qeyd etdi. “Bağban”ın budəfəki buraxılışında həmçinin akasiya ağacı və onların çoxalması haqda da məlumat ala biləcəksiniz. Söylənənlərin əyani surətdə şahidi olmaq üçün “Bağban” rubrikasının budəfəki efirini mütləq izləyin...