• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 05.01.2016 19:35

Lənkəranda oğurluq edən gənclər saxlanılıb

Lənkəran polisi keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindən oğurluq edən cinayətkar dəstəni saxlayıb. Məlum olub ki, saxlanılanlar yetkinlik yaşına çatmayan Lənkəran şəhər sakinləri - 17 yaşlı Taleh Bədəlov, 18 yaşlı Famil Rzazadə,17 yaşlı Vüsal Quluzadə və Bakı şəhər sakinləri- 17 yaşlı Ağa Rızayev, 17 yaşlı Nihat Məmmədovdur. Onlar ayrı-ayrı vaxtlarda Lənkəran şəhəri və Liman şəhəri ərazisindən qapı və pəncərələri qırmaqla mağazalardan pul, danışıq kartları, tütün məmulatları, gümüş üzüklər ərzaq və s. oğurlayıblar. Qrupun üzvü Taleh Bədəlov isə ayrıca ovçular mağazasından ümümi dəyəri 2100 manat olan iki ədəd yivsiz ov tüfəngi oğurlayıb. Qeyd edək ki, Bakı şəhər sakinləri oğurluq hadisələrini bayram günlərində törədiblər, onlar paytaxtdan Lənkərana bayram keçirmək məqsədi ilə gediblər.

Vüsalə Camal