Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.11.2026 10:12

Goranboyda avtomobil dərəyə aşıb, Bakıda piyada vurulub

Goranboyun Todan kəndində minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.Qəza nəticəsində avtomobildə olan sərnişin, 64 yaşlı R. Həsənəliyeva hadisə yerində ölüb.


Bakının Qaradağ rayonunda İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi minik avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.Faktlarla bağlı araşdırma aparılır.