Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.11.2026 16:05

Azad edilmiş ərazilərdə məşğulluğa dəstək davam edir

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən indiyədək 12 621 nəfərin məşğulluğu təmin edilib. Hazırda daha 1 538 nəfərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunan şəxslərin sayı 300-ə çatıb. Rayonun Ballıca kəndində arıçılıq və qoyunçuluq, Badara kəndində isə maldarlıq təsərrüfatları yaradılıb.