Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.11.2026 16:04

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

Gəncədə qanunsuz tikintilərə qarşı nəzarət tədbirləri davam etdirilir.Ə.N.Gəncəvi küçəsində qanunsuz tikililər, Məhsəti qəsəbəsinin A.Səhhət küçəsində isə icazəsiz quraşdırılmış dəmir konstruksiya aşkarlanıb. Aşkar olunan qanunsuz tikintilərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Şəhərdə qanunsuz tikintilərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri mütəmadi davam etdiriləcək.