Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.11.2026 12:07

Gürcüstandan Azərbaycana 433 mobil telefonun keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük idarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı  zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.Faktla bağlı araşdırma aparılır.