Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2026 16:05

Gürcüstanla Azərbaycan sərhədin delimitasiyası prosesini sürətləndirmək barədə razılığa gəlib

Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər.Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib. Onun sözlərinə görə, məsələ həm iki ölkənin baş nazirlərinin görüşündə, həm də Hökumətlərarası Komissiyanın 11-ci iclasında müzakirə olunub. Kobaxidze bildirib ki, sərhəddə razılaşdırılmamış təxminən 15 ərazi hissəsi var. Tərəflər bu məsələlərin dostluq və qarşılıqlı anlaşma şəraitində həlli istiqamətində fəal işləmək niyyətindədirlər.