Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.10.2026 10:11
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə şəxsin taleyi ilə bağlı BMT-də bəyanat səsləndirib.Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova çıxışı zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün mühüm humanitar məsələ olaraq qaldığını bildirib.2020-ci ilin noyabrından indiyədək qadın və uşaqlar da daxil olmaqla, 443 nəfər mina hadisələrinin qurbanı olub.Bəyanatda Böyük Qayıdış Proqramına da toxunulub. Bildirilib ki, indiyədək təxminən 96 min nəfər doğma yurdlarına qayıdıb.
- Baxış: 37
