Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.10.2026 10:17

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Respublika Günü münasibətilə təbrik edib.Prezident məktubunda Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf etdiyini, strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndiyini vurğulayıb.İlham Əliyev Qazaxıstan xalqına əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.Qazaxıstan prezidentinin bu yaxınlarda AQEM-in 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinini yüksək qiymətləndirdiyini bildirib.