Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.10.2026 16:04
Leyla Əliyeva Səmərqənddə Ümumdünya Sammitinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən uşaqların rifahına dair Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.Tədbirlərdə 100-dən çox ölkənin nümayəndələri iştirak edir. Oktyabrın 22-dək keçiriləcək sammit BMT, UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə təşkil olunub.Tədbirin yekununda Səmərqənd Bəyannaməsinin qəbul edilməsi gözlənilir.Qeyd edək ki, Leyla Əliyeva Səmərqənddə həmçinin Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. Tərəflər Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
- Baxış: 27
