Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.10.2026 14:12
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib
Azərbaycan Türkiyənin bir sıra vətəndaşlarını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq bu addım atılıb. Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.
- Baxış: 27
