Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2026 10:16

I Qarabağ müharibəsində itkin düşənlərin ailələri Avropa Parlamenti qarşısında aksiya keçiriblər

Oktyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin qarşısında azərbaycanlı itkin ailələrinin etiraz aksiyası keçirilib.“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumatları açıqlaması tələb olunub.Aksiyada Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4 010 azərbaycanlının itkin düşdüyü deyilib. İştirakçılar Ermənistanı kütləvi məzarlıqların yerləri, itkinlərin taleyi barədə məlumatları və arxivləri Azərbaycanla bölüşməyə çağırıblar. Onlar Avropa İttifaqı institutlarına müraciət edərək itkin ailələrinin həqiqəti bilmək hüququna diqqət çəkiblər. Aksiya zamanı itkin düşmüş şəxslərin fotoşəkilləri, geyimləri və məktublarından ibarət installyasiya da nümayiş etdirilib.Qeyd edək ki, təşkilat ötən il Beynəlxalq İtkin Düşmüşlər Günündə Cenevrədə də aksiya keçirib. İtkin ailələri yaxınlarının taleyi barədə məlumat əldə edənədək Avropada etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.