Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.10.2026 10:14
XİN Fransadakı təhlükəsizlik vəziyyəti ilə bağlı vətəndaşlara müraciət edib
Xarici İşlər Nazirliyi Fransada təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlara müraciətində deyib ki, ölkədə son günlər iğtişaşlar, zorakılıq və vətəndaş itaətsizliyi halları geniş vüsət alıb.Bu səbəbdən Azərbaycan vətəndaşlarına zərurət olmadıqda Fransaya səfərdən çəkinmək, səfər edənlərə isə yüksək ehtiyatlılıq nümayiş etdirmək tövsiyə olunur.Hazırda Fransada olan vətəndaşlardan təhlükəsizlik qaydalarına riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş edilir.XİN fövqəladə vəziyyət yaranacağı təqdirdə vətəndaşları Azərbaycanın Fransadakı səfirliyi ilə əlaqə saxlamağa çağırıb.
- Baxış: 31
