Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2026 12:15

AMADA "Kəpəz" klubunda maarifləndirici seminar təşkil edib

“Kəpəz”in futbol akademiyasında antidopinq seminarı keçirilib.Seminarda U-19, U-17, U-16 və U-15 komandalarının futbolçuları, eləcə də məşqçi və texniki heyət iştirak edib.AMADA nümayəndəsi dopinqin sağlamlığa zərərləri, dopinq nəzarəti qaydaları, idmançıların hüquq və vəzifələri barədə məlumat verib. Həmçinin 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsindəki yeniliklər diqqətə çatdırılıb.Sonda iştirakçıların sualları cavablandırılıb.