Cəbrayılda ikinci mina partlayışı olub
Cəbrayılın Dağmaşanlı kəndi ərazisində mina partlayışı zamanı xəsarət alan Qəhrəmanov Orxan Əşrəf oğlunun atası 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov oğlunun minaya düşdüyü əraziyə daxil olarkən piyada əleyhinə minanın partlaması nəticəsində yaralanıb.Minaya düşənlər 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Ruhin Qəhrəmanovun ailə üzvləridir.Bununla da 2020-ci il müharibəsinin başa çatmasından bəri Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb.Faktla bağlı araşdırma aparılır. Azərbaycan XİN mina təhlükəsinin günahsız insanların həyatına son qoyduğunu və ağır xəsarətlərə səbəb olduğunu bildirərək vətəndaşları xəbərdarlıq nişanlarına əməl etməyə, şübhəli əşyalara toxunmamağa və təhlükəli ərazilərdən uzaq durmağa çağırıb.
- Baxış: 26
