Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.10.2026 12:15
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Layihənin ümumi dəyəri 113,9 milyon manatdır. Burada kardiologiya, nevrologiya, diabet, antibiotik və digər sahələr üzrə dərmanlar istehsal olunacaq. Növbəti 5 il ərzində 500-dən çox preparatın lokallaşdırılması, həmçinin məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı planlaşdırılır.Müəssisədə Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün tədris bazası yaradılıb.
- Baxış: 48
