Azərbaycan ADEX-2026-da yeni dronları nümayiş etdirib
Azərbaycanlı mühəndislərin hazırladığı “BARS” tipli interseptor dron ADEX-2026 sərgisində nümayiş olunur.Dronun əsas funksiyası havadakı pilotsuz uçuş aparatlarını aşkar etmək və onlara qarşı müdaxilə etməkdir.Məlumata görə, “BARS” termal kamera və süni intellekt əsaslı hədəf aşkarlama və izləmə sistemi ilə də təchiz olunacaq.Bundan başqa yeni silahlı pilotsuz yerüstü platformalar istehsal edib.Robotlar ilk dəfə ADEX-2026 müdafiə sərgisində nümayiş etdirilib.Tırtıllı şassi üzərində hazırlanan bu robotlar ərazidə hərəkət etmək, yük və müxtəlif avadanlıqlar daşımaq, həmçinin müşahidə aparmaq üçün nəzərdə tutulub.Azərbaycan həmçinin yeni mərmiatan dron istehsal edib. "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir.
- Baxış: 52
