Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2026 12:01

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bu gün Ümumdünya Ürək Günüdür.Azərbaycanda bu ilin ilk 9 ayında meyit donordan bir ürək transplantasiyası həyata keçirilib.Səhiyyə Nazirliyindən bildirilib ki, 2026-cı ilin sentyabrına qədər Azərbaycanda meyit donordan ümumilikdə üç ürək transplantasiyası həyata keçirilib.Azərbaycanda və ümumilikdə Qafqaz regionunda meyit donordan ilk ürək transplantasiyası ötən il oktyabrın 31-də həyata keçirilib. Həmin əməliyyat zamanı beyin ölümü baş vermiş donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.