Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.09.2026 10:35
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün start veriləcək
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə bu gün Füzulidə Köndələn su anbarından start veriləcək. Burada kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək.Sentyabrın 30-u və oktyabrın 1-də isə yarışlar Mingəçevirdə davam etdiriləcək. İdmançılar bütün növlər və məsafələr üzrə mübarizə aparacaqlar.Üç gün davam edəcək turnirdə ümumilikdə 12 ölkədən 100-dən çox gənc avarçəkən iştirak edəcək.
- Baxış: 90
