Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.09.2026 17:45
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə münasibət bildirib.XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın açıqlamasında Azərbaycana səfər zamanı “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” ilə bağlı iddiaların səsləndirilməsini qətiyyətlə pisləyib və rədd edib.Azərbaycanda ayrı-ayrı cinayət işləri üzrə məhkəmə proseslərinin siyasi mülahizələrlə təqdim olunması və ölkənin məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.Azərbaycan XİN Fransanı ölkə ilə bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə, ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırıb.
- Baxış: 26
