Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.09.2026 17:42

Prezident Azərbaycan-Türkiyə münasibətlərindən danışıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ikinci ölkə cütlüyünün dünyada olmadığını bildirib.Dövlət başçısı bildirib ki, 2021-ci ildə Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi olub və iki ölkəni rəsmən müttəfiq edib. Dövlət başçısı əlavə edib ki, ötən müddətdə bu birlik daha da güclənib.Prezident oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə səfər edəcəklərini də bildirib.