Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.09.2026 16:06
TDT Baş katibi: Beş türk dövləti arasında şəxsiyyət vəsiqəsi ilə səfər mümkün olacaq
TDT ölkələri arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin genişləndirilməsi planlaşdırılır.Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, hazırda Azərbaycan və Türkiyə arasında bu imkan mövcuddur.Eyni sistemin Qırğızıstan, Qazaxıstan və Özbəkistanla da tətbiqi üzərində iş aparılır.Layihənin beş ölkə arasında birlikdə həyata keçirilməsi nəzərdə tutulur.TDT-nin üzv ölkələri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan isə təşkilatda müşahidəçi statusuna malikdir.
- Baxış: 44
