Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.09.2026 14:05

İrandan Azərbaycana 84 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin "Horadiz" sərhəd ərazisində keçirilmiş əməliyyatla İrandan ölkə ərazisinə paraplan vasitəsilə keçirilən 54 kiloqram 400 qram narkotik vasitə, "Göytəpə" sərhəd ərazisində isə 29 kiloqram 900 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.