Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.09.2026 12:05

Yollarda ağır qəza: Bərdədə piyada ölüb, Qaxda sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb

Bərdədə İlham Zeynalov idarə etdiyi “Mercedes”lə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Məmmədovanı vurub.Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Qaxın  Suskənd kəndində “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, 1985-ci il təvəllüdlü İradə İsmayılova avtomobildə sıxılı vəziyyətdə qalıb.FHN əməkdaşları  sürücünü avtomobildən çıxarıb.Faktlarla bağlı araşdırma aparılır.