Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.07.2026 12:23
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib.Söhbətdə Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.Akın Gürlek, Azərbaycanın bölgədə enerji, bağlantılar, o cümlədən Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində önəmli rolunu vurğulayıb və Türkiyənin bundan sonra da ölkəmizin yanında olacağını deyib. Tərəflər ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi və iki ölkənin Ədliyyə nazirlikləri arasında tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
- Baxış: 47
