Bu günə xəbərlərin oxunma sayı: 667
— 02.07.2026 10:21

Venesuelada zəlzələ qurbanlarının sayı artır

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 2 min 295 nəfərə, yaralananların sayı isə 11 min 267 nəfərə çatıb. Ölkədə zəlzələ qurbanlarının xatirəsinə yeddi günlük milli matəm elan olunub. Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib, daha sonra isə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Fəlakətlə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi qüvvədə qalır.