Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.06.2026 10:27

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

İsrail İranın raket zərbəsi endirəcəyi təqdirdə müharibəni “elə sabah” bərpa edə biləcəyini açıqlayıb.İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, hərbi əməliyyatların yenidən başlaması iki halda mümkündür: ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqları nəticəsiz hesab etməsi və ya İranın İsrailə raket zərbəsi endirməsi.Nazirin sözlərinə görə, İranın istənilən raket hücumuna İsrail sərt cavab verəcək. O vurğulayıb ki, bu mövqe ABŞ-yə də çatdırılıb və İsrail Müdafiə Qüvvələri mümkün zərbələr üçün tam hazırlıq vəziyyətindədir. Bu arada, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib yaxın günlərdə Vaşinqtonla Tehran arasında heç bir səviyyədə danışıqlar aparılmayacaq.İran Hörmüz boğazının idarə olunması üzrə Omanla razılaşma əldə etmək niyyətindədir.Bunu isə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib."Hörmüz boğazı məsələsi İran üçün mühüm və əsasdır", - o bildirib.