Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.06.2026 10:25
DÇ 2026-da 1/16 final mərhələsinin qarşılaşmaları davam edir
Futbol üzrə 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları başa çatıb. Braziliya Yaponiyanı 2:1 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb. Almaniya – Paraqvay və Niderland – Mərakeş görüşlərinin əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan Paraqvay və Mərakeş 1/8 finala yüksəlib.Bu gün isə dünya çempionatında daha üç qarşılaşma keçiriləcək. Saat 21:00-da Fil Dişi Sahili Norveçlə üz-üzə gələcək. Gecə saat 01:00-da Fransa İsveçi sınağa çəkəcək. Səhər saat 05:00-da Meksika Ekvadorla qarşılaşacaq. Bu görüşlərin qalibləri 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar.
- Baxış: 61
