Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.06.2026 10:47

İsmayıllıda iki minik avtomobili toqquşub

İsmayıllı rayonunun Uştal kəndinin ərazisində 1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində"VAZ-2106" markalı avtomobildə sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb. Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb.