Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.06.2026 10:39

İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir. Dövlət başçısı Azərbaycanın ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etdiyini xatırladaraq bildirib ki,Azərbaycan son illərdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu tədbirlər Azərbaycanın çoxşaxəli fəaliyyət gündəliyini nümayiş etdirir.Ölkədə sabit və uğurlu inkişaf davam edir. Prezident qeyd edib ki, son illərdə ölkənin iqtisadiyyatının şaxələndirilməsi və enerji sektorundan asılılığın azaldılması istiqamətində mühüm nəticələr əldə olunub.Ölkədə iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir.Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır.Ölkəmiz vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırılması nəzərdə tutulur.Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın əsas üstünlüklərindən biridir.Son bir neçə il ərzində bir sıra sosial dəstək paketləri həyata keçirilib. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır.Dövlət başçısı vurğulayıb ki, sabitlik olmadan inkişaf mümkün deyil. Prezident həmçinin Azərbaycanın regional və qlobal səviyyədə güclü əlaqələri sayəsində mühüm tərəfdaşa çevrildiyini bildirib. Müstəqil siyasət sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb və ölkənin dostlarının sayı ildən-ilə artır. Regional və qlobal səviyyədə qurulan güclü əlaqələr Azərbaycanı beynəlxalq arenada mühüm iştirakçılardan birinə çevirib.Dövlət başçısı deyib ki, infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq.Prezident xüsusilə xurğulayıb ki, Azərbaycan Ermənistana sülh təklif etdi, yəni işğaldan və dağııntılardan əziyyət çəkmiş ölkə bunu təklif etdi. İndi bu sülh mövcuddur, bir ildir ki, Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görür.