Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.06.2026 14:10

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib

Dövlət İmtahan Mərkəzi iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanların təkrarını keçirəcək. Təkrar imtahanda mayın 25-dən 27-dək qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərə qəbul müsabiqəsində iştirak etmək istəyən abituriyentlər, eləcə də qeyd olunan tarixlərdə məktəbə müraciət edən cari və əvvəlki illərin IX sinif şagirdləri iştirak edə bilərlər.