Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.06.2026 10:25

Göyçayda güclü külək və leysan yağışı ciddi fəsadlar törədib

Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlar törədib.Əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.Bundan başqa, güclü külək Yeniarx kəndini işıqsız qoyub.Bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib.Vətəndaşa məxsus minik avtomobili aşan ağacın aşmasından zədələnib.Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.