Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.06.2026 17:53

Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə altı aqroservis mərkəzinin yaradılması planlaşdırılır. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, mərkəzlərdən bəziləri Xankəndi, Xocalı və Xocavənddə fəaliyyət göstərəcək.Mərkəzlərdə müxtəlif dövlət qurumları vahid məkanda xidmət göstərəcək və fermerlər bütün zəruri xidmətlərdən bir nöqtədə yararlana biləcəklər.Məcnun Məmmədov həmçinin tingçilik və toxumçuluq sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlara dövlət dəstəyinin veriləcəyini, su təchizatı layihələrinin həyata keçirildiyini və su infrastrukturunun tamamlanmasından sonra yeni bağların salınması, müasir suvarma sistemlərinin qurulması üçün geniş imkanların yaranacağını qeyd edib.