Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.06.2026 17:41

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının B qrupunda mübarizəyə bu gün start veriləcək.Ev sahibi komandalardan Kanada Bakı vaxtı ilə saat 23:00-da Bosniya və Herseqovinanı sınağa çəkəcək. Sabah, səhər saat 05:00-da isə D qrupunda ABŞ - Paraqvay matçı baş tutacaq.