Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.06.2026 10:21

Araz çayında batan 17 yaşlı gəncin axtarışları yekunlaşıb

İyunun 7-də axşam saatlarında Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü yeniyetmə oğlanın meyiti tapılıb.Yeniyetmənin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.