Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.06.2026 17:45
Azərbaycanda uşaqların “TikTok”a çıxışı ilə bağlı yeni qaydalar müzakirə olunub
Azərbaycanda uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilik dəyişiklikləri “TikTok” nümayəndələri ilə müzakirə olunub.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, müzakirələr nazir müavini Rəşad Həsənovun “TikTok” platformasının nümayəndələri ilə görüşü zamanı aparılıb.Görüşdə rəqəmsal savadlılığın artırılması, təhsil layihələri, yerli startapların təşviqi, təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması və innovasiya ekosistemi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf Fəaliyyət Planı” çərçivəsində “TikTok”un mümkün iştirakı müzakirə edilib.
- Baxış: 58
