Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.06.2026 16:13
Hikmət Hacıyev: 2020-ci ilin noyabrından bu günədək 427 nəfər mina qurbanı olub
Azərbaycanda 2020-ci il noyabrın 10-dan bəri mina partlayışları nəticəsində 427 nəfər zərər çəkib.Onlardan 73 nəfər həlak olub, 354 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.Zərərçəkənlərin 231-i mülki şəxsdir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” hesabında bildirib.Mina təhlükəsi məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına, eləcə də azad edilmiş ərazilərdə bərpa və inkişaf prosesinə ciddi maneə yaradır.Minatəmizləmə fəaliyyəti həm təhlükəsizlik, həm də humanitar baxımdan mühüm əhəmiyyət daşıyır.
- Baxış: 44
