Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.06.2026 10:28

Ölkə ərazisində ağır yol qəzaları baş verib

Bərdənin Soğanverdilər kəndi ərazisində hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılması nəticəsində Ağdam sakini Orxan Əliyev ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.Qaxda isə Faiq İbrahimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil itarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.Nəticədə sürücü və avtomobildə olan həyat yoldaşı Xanım İbrahimova xəsarət alıb.Goranboyda 1953-cü il təvəllüdlü Səməndər Cəfərovun idarə etdiyi “VAZ 2107” markalı avtomobilin qarşı hərəkət zolağına çıxması nəticəsində qarşıdan gələn, 1940-cı il təvəllüdlü Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” ilə toqquşub.Qəza zamanı “VAZ 2106”nın sürücüsü Şahbaz Qarayev və “VAZ 2107”də sərnişin olan 1969-cu il təvəllüdlü Rza Qasımov həyatını itirib. Səməndər Cəfərov, eləcə də  sərnişinlər 1942-ci il təvəllüd Gülarə Hüseynova,1994-cü il təvəllüd Gülsanə Tağıyeva və 1967-ci il təvəllüd Mətanət Əliyeva xəsarət alıb.Faktlarla bağlı araşdırma aparılır.