Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.06.2026 17:35

Gizli bunkerdə narkotik plantasiyası aşkarlanıb

Abşeronun Novxanı qəsəbəsində keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun yaşadığı ünvanda və yerin altında hazırladığı bunkerdə ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu və 2 kiloqrama yaxın marixuana aşkarlanıb.Bunkerin xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri ilə təchiz edildiyi müəyyən olunub.Faktla bağlı həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.