Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.06.2026 14:08
Uşaqlar arasında geniş yayılmış onlayn oyunlar risk yaradır - Ombudsman
Ombudsman Səbinə Əliyeva uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələrlə bağlı xəbərdarlıq edib. O bildirib ki, interaktiv platformalar və onlayn oyunlar uşaqlar üçün ciddi risklər yaradır. Ombudsmanın sözlərinə görə, yaş məhdudiyyətlərinin formal olması və nəzarət mexanizmlərinin zəifliyi uşaqların hüquqlarının pozulmasına səbəb olur. Səbinə Əliyeva dövlət qurumlarını nəzarəti gücləndirməyə, valideynləri isə uşaqların internet istifadəsinə daha diqqətli yanaşmağa çağırıb.
- Baxış: 70
