Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.06.2026 10:37

Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb. Forumda süni intellektin kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, kibercinayətkarlıqla mübarizə və regional əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.Tədbir çərçivəsində sərgi zonası da təşkil olunub. Burada yerli və beynəlxalq şirkətlər innovativ kibertəhlükəsizlik həllərini nümayiş etdirirlər. Forum ölkədə rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək.Qeyd edək ki, son 1 ildə Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr texnologiya, enerji və dövlət sektorları olub.