Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.06.2026 10:31
Tovuz rayonunda ağır qəza baş verib
Tovuzun Dönük Qırıqlı kəndi ərazisində "VAZ-2106" və "Mitsubishi Pajero" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü, 1991-ci il təvəllüdlü Nağıyev Ədalət Xanoğlan oğlu hadisə yerində həyatını itirib. Hadisə zamanı xəsarət alan beş nəfər - 1992-ci il təvəllüdlü Nailə Hüseynova, 1995 təvəllüdlü Şamo Allahverdiyev, 2011, 2012 və 2015-ci il təvəllüdlü yeniyetmələr xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 61
