Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.05.2026 10:33

Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb

Dünən saat 23:10-da Bakıdan Tbilisiyə yola salınan sərnişin qatarı bu səhər saat 08:41-də Tbilisiyə çatıb.Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıda olacaq.Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır.Qeyd edək ki, Bakı–Tbilisi və Tbilisi–Bakı istiqamətində reyslər hər gün yerinə yetiriləcək.